Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sumqayıt”a 1 qol, “Səbail”in sensasiyaya gücü çatmadı

“Sumqayıt”a 1 qol, “Səbail”in sensasiyaya gücü çatmadı

Tarix: 13 Fevral 2022 20:26

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi başa çatıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, cavab oyunları çərçivəsində son iki matç baş tutub.

Yarımfinalın üçüncü iştirakçısı Qəbələdə bəlli olub. Eyniadlı komanda "Sumqayıt"ı sınağa çəkib. Elmar Baxşıyevin yetirmələri ilk oyundakı səfər qələbəsi sayəsində mərhələ adlayıb. Aleksey Baqanın komandası Qəbələdə qol vursa da, bu, yalnız məğlubiyyətdən qaçmağa xidmət edib. Nəticədə iki matçın cəmində 1 top üstün olan "Qəbələ" yarımfinala yüksəlib.

Mərhələ paytaxt derbisi ilə başa çatıb. Bakı klublarının duelində "Zirə" "Səbail"in qonağı olub. Evdə 4 cavabsız qol vuran qəsəbə təmsilçisi cavab görüşündə də rəqibinə heç bir şans verməyib. "Səbail" erkən qolla hesabı açsa da, bundan artığına gücü çatmayıb. Səfərdə də qələbə qazanan "Zirə" yoluna davam edib.

Yarımfinal mərhələsində "Qəbələ" "Qarabağ"la, "Zirə" isə "Neftçi" ilə qarşılaşacaq. Bu mərhələnin oyunları aprelin 20-də və 29-da keçiriləcək.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları
13 fevral (bazar)

15:00. "Qəbələ" - "Sumqayıt" - 1:1
Qollar:
İsnik Alimi, 18 - Araz Abdullayev, 82 (pen.)
Baş hakim: Kamal Umudlu
"Qəbələ": 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 24. Patrik Robson, 2. Samet Karakoç
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 10. Omar Hani, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
"Sumqayıt": 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 25. İlnur Valiev, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Araz Abdullayev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 19. Xəzər Mahmudov, 37. Nicat Əliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı
Baş məşqçi: Aleksey Baqa
Qəbələ şəhər stadionu
İlk oyun - 1:0

18:00. "Səbail" - "Zirə" - 1:3
Qollar:
Ruslan Hacıyev, 7 - Ağabala Ramazanov, 21, Təmkin Xəlilzadə, 39 (pen.), Coşqun Diniyev, 73
Baş hakim: Əliyar Ağayev
"Səbail": 1. Rəşad Əzizli, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 30. Camal Araqo, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı, 99. Vidadi Cəfərov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 34. Yurqen Qoxa, 77. Ədilxan Qarəhmədov, 70. Elşad Tağıyev, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
"Zirə": 41. Anar Nəzirov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 9. Loris Broqno, 92. Brayan Alseus, 13. Ramin Əhmədov
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 15. Ruslan Abışov, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 4. Cəlal Hüseynov, 56. Samir Ağayev
Məşqçi: Vaqif Paşayev
"ASCO Arena"
İlk oyun - 0:4

Milli.Az


Etiketlər:  Sumqayıta Səbailin sensasiyaya gücü çatmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ