Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2022 21:28
ABŞ Ukraynaya hücumun dəqiq vaxtını deyə bilməz.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu CNN televiziyasına müsahibəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Sallivan əlavə edib ki, Vaşinqton hücumun istənilən gün başlana biləcəyini gözləyir.
"Biz dəqiq tarixi qabaqcadan deyə bilmərik. Rusiya tərəfindən Ukraynaya hücum hər an başlaya bilər", deyə Sallivan vurğulayıb.
Bununla belə, siyasətçi qeyd edib ki, Ukrayna ətrafında eskalasiya yaxın həftələrdə, Olimpiya oyunları bitənədək başlaya bilər.