Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2022 23:30
Tanınmış rusiyalı tele-həkim Aleksandr Myasnikov bildirib ki, koronavirus 90% hallarda ev şəraitində çox sadə vasitələrin köməyi ilə müalicə olunur.
"Ağır simptomlar yalnız 10% hallarda inkişaf edir. Bu insanlar xəstəxanada müalicə almalıdır. Qalan 90% evdə qalmalı və evdə müalicə almalıdır" - həkim bildirdi.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, həkimin sözlərinə görə, ev şəraitində aparılan müalicənin əsas məqsədi orqanizmə infeksiya ilə mübarizədə kömək etməkdir.
Həkim koronavirusdan sağalmağın reseptini bölüşdü: "Nəzərə alsaq ki, koronavirusu müalicə edən dərman yoxdur, müalicə sadəcə təmiz hava (evin havalandırılması), bol maye, qızdırma qalxanda parasetamol və sağlam qidalanmadan ibarət olmalıdır".