Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhurlar bu dəfə İspaniyada bir araya gəldi - FOTOlar

Məşhurlar bu dəfə İspaniyada bir araya gəldi - FOTOlar

Tarix: 14 Fevral 2022 15:10

Fevralın 12-də Valensiyada İspaniyanın əsas kino mükafatı "Qoya"nın təqdimetmə mərasimi keçirilib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, tədbirdə ən yaxşı kişi rolu nominasiyasını qazanan Xavyer Bardem olub. Onu gecədə həyat yoldaşı, ulduz Penelopa Krus müşayiət edib. Onun "Chanel" markasından olan geyimi tədbirdə ən çox danışılan libaslar arasında yer alıb. Aktrisanın rol aldığı "Ən yaxşı patron" adlı ekran işi isə tədbirin əsas mükafatına layiq görülüb.

Aktrisa Keyt Blanşett isə mərasimdə xüsusi qonaq olub və Beynəlxalq Film Müvəffəqiyyəti Mükafatını alıb. O, gecəyə "Armani Prive"dən olan geyimlə qatılıb. 

Tədbirə qatılanlar arasında Veronika Echegi, Nyeves Alvares, Marta Vnuk, Kristina Brondo, Pedro Almodovar kimi məşhurlar yer alıb.


Etiketlər:  Məşhurlar dəfə İspaniyada araya gəldi FOTOlar


RƏYLƏR