Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının nəqliyyat sistemində nələr dəyişməlidir? - VİDEO

Bakının nəqliyyat sistemində nələr dəyişməlidir? - VİDEO

Tarix: 15 Fevral 2022 18:30

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti  isə Daxili İşlər Nazirliyinin tabeliyinə verilidi. Bəs bundan sonra Bakının nəqliyyat sistemində nələr dəyişə bilər?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda cərimə, parklanma, ictimai nəqliyyatdakı sıxlıq və illərdir həllini tapmayan tıxaclar problemi mövcuddur.

2015-ci ildə Bakı Bakı Nəqliyyat Agentliyi yaradılanda bir çoxları düşünürdü ki, bütün bu problemlər aradan qalxacaq, paytaxt yollarında rahat gediş-gəliş, eləcə də avtomobillərin parklanması kimi məsələlər təmin olunacaq. Düzdür, bu müddət ərzində nəqliyyat infrastrukturu xeyli yeniləndi, kifayət qədər müasir sərnişin avtobusları alındı. Ancaq Agentliyin fəaliyyəti cəmiyyətdə heç də birmənalı qarşılanmırdı. Xüsusilə qanunsuz parklanmaya görə yazılan cərimələr daha çox narazılıqlar yaradırdı.

Bu gün hansı sürücüyə yaxınlaşsan, Bakıda parklanma yerlərinin olmadığından şikayətlənir.

Bundan sonra isə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərəcək.

Nəqliyyat məsələləri üzrə  ekspert Ərşad Hüseynov hesab edir ki, paytaxdakı nəqliyyat probleminin həlli üçün ilk növbədə şəhərsalma və arxitekturadakı çatışmazlıqlar aradan qaldırılmalıdır.

Ekspert Elməddin Muradlı isə düşünür ki, Agentliyinin Bakı Şəhər İcra Hakimiyyətinin tərkibinə verilməsi qurumun fəaliyyətinin tam dəyişəcəyi anlamına gəlmir.

Onun fikrincə, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsi isə Nazirliyin bu məsələdəki məsuliyyətini artırır.

Ekspertlər bildirir ki, gələcəkdə parklanma və dayanma-durma qaydaları ilə bağlı bütün məsələlərin Dövlət Yol Polisinin nəzarətinə verilməsi gözlənilir.

"Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakının nəqliyyat sistemində nələr dəyişməlidir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ