Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo 6 oyunluq sükutu bu qolla pozdu - VİDEO - FOTO

Ronaldo 6 oyunluq sükutu bu qolla pozdu - VİDEO - FOTO

Tarix: 16 Fevral 2022 09:24

Son oyunlarda fərqlənə bilməyən Kriştiano Ronaldo nəhayət "Qırmızı şeytalar"ın heyətində qolsuzluq seriyasına son qoyub.

Milli.Az xəbər verir ki, Çempionlar Liqasına erkən vida edən "Mançester Yunayted" bütün dünyanın diqqətinin qitənin bir nömrəli turnirində olduğu bir vaxtda "Qırmızı şeytanlar" İngiltərə Premyer liqasında növbəti oyununa çıxlb.

Bu oyunda "Brayton"la qarşılaşan Ronaldolu "Mançester Yunayted" rəqibin qapısından iki cavabsız top (2:0) keçirməyi bacarıb. Bu oyun xüsusilə Kriştiano Ronaldo üçün düşərli olub. Belə ki, son 6 oyunda rəqib qapısına yol tapmayan əsrin ən yaxşı hücumçularından hesab edilən portuqaliyalı anti-rekordunun daha da uzanmasına imkan verməyərək matçın 51-ci dəqiqəsində fərqlənməyi bacararaq hesabı açıb. Bununla da dünyanın nüfuzlu idman nəşrlərinin "son zamanlar qol vura bilmədiyi üçün depressiyaya düşüb" dediyi Ronaldo hələ tükənmədiyini göstərib.

Matçdan görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Ronaldo 6 oyunluq sükutu bu qolla pozdu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ