Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistini əri ilə Zaur barışdırdı

Xalq artistini əri ilə Zaur barışdırdı

Tarix: 17 Fevral 2022 14:15

Xalq artisti Naibə Allahverdiyeva həyat yoldaşı ilə barışıb. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, onları aparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında barışdırıb. 

Belə ki, aktrisanın qonaq olduğu verilişə həyat yoldaşı Yusif telefonla qoşulub. O, aktrisanın onu bağışlamasını istəyərək son şans diləyib. 

Həmçinin Xalq artistini çox sevdiyini bildirib.

Zaur N. Allahverdiyevadan həyat yoldaşına bir şans da verməsini istəyib. Əvvəlcə tanışlıqlarından danışan sənətçi sonra Yusifi bağışladığını söyləyib. 

"Sənə bir şans da verirəm",- deyə aktrisa bildirib.


Etiketlər:  Xalq artistini əri ilə Zaur barışdırdı


RƏYLƏR