Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Böyük Britaniyada fırtına səbəbindən milyonlarla insana küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib

Böyük Britaniyada fırtına səbəbindən milyonlarla insana küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib

Tarix: 18 Fevral 2022 21:16

Böyük Britaniyada "Eunice" fırtınası səbəbindən milyonlarla insana küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin cənub-qərbində və Uelsdə küləyin sürətinin saatda 90 kilometr olacağı gözlənilir. Həmçinin bu ərazilərdə yaşayanlara daşqınlar, elektrik enerjisinin kəsilməsi və ictimai nəqliyyatın hərəkətində fasilələrin yaranması ilə bağlı xəbərdarlıq edilib.

Devon, Kornuol və Somersetdə milyonlarla insana müraciət edilərək fırtına zamanı evdə qalmağa çağırış edilib.

Uelsin bir hissəsi və İngiltərənin cənubundan Mançesterə qədər olan hissəsində qırmızı təhlükə kodu elan olunub. Güclü küləyin davam edəcəyini bildirən bu xəbərdarlıq yerli vaxtla səhər saat beşi və axşam doqquzu əhatə edir.

Uelsdəki bütün qatar xidmətlərinin fəaliyyəti dayandırılıb.

Baş nazir Boris Conson ordunun fırtınadan zərər çəkənlərə yardım etmək üçün hazır vəziyyətdə olduğunu açıqlayıb.

Milli.Az


Etiketlər:  Böyük Britaniyada fırtına səbəbindən milyonlarla insana küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ