Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada hidrogen yanacağı ilə işləyən qatar nümayiş olunub

Yaponiyada hidrogen yanacağı ilə işləyən qatar nümayiş olunub

Tarix: 18 Fevral 2022 21:54

Yaponiyanın ən böyük dəmir yolu kompaniyası olan "JR East" hidrogen mühərrikli "Hibari" qatarını nümayiş etdirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qatar cənubdan Tokio ilə birləşən Kavasaki şəhərindəki eksperimental bazada jurnalistlərə göstərilib.

Hidrogen yanacağı ilə işləyən qatarın sınaqlarının mart ayının ikinci yarısında Yaponiya paytaxtının dəmir yolu xətlərinin birində keçirilməsi planlaşdırılır. Onun mühərriki yanacaq bakındakı hidrogenin atmosferdəki oksigenlə birləşməsi nəticəsində yaranan kimyəvi reaksiya hesabına hasil olunan və yüksək tutumlu akkumulyatorlarda yığılan elektrik enerjisi ilə çalışır. Reaksiya nəticəsində atmosferə yalnız ekoloji təmiz su buxarı atılır. "Hibari" hidrogenlə bir dəfə doldurulmaqla 140 kilometr məsafə qət edə bilir. Belə qatarlardan dizel yanacağı ilə işləyən teplovozların hələ də istismar olunduğu kənd yerlərində istifadə edilməsi nəzərdə tutulur.

"JR East" kompaniyasının qatarları hər il atmosferə təxminən 2,5 milyon ton karbon qazı buraxır. Yeni texnologiyaların, o cümlədən ekoloji cəhətdən təmiz hidrogen mühərriklərinin tətbiqi ilə bu həcmin 2030-cu ilədək iki dəfə azalacağı gözlənilir. 2050-ci ilə qədər isə kompaniya havaya atılan karbon qazını sıfra endirməyi planlaşdırır. Bu, əsrin ortalarınadək sənaye müəssisələrinin və avtomobillərin atmosferi karbon qazı ilə çirkləndirməsinə tamamilə son qoymağı hədəfləyən Yaponiya hökumətinin planlarına uyğun gəlir.


Etiketlər:  Yaponiyada hidrogen yanacağı ilə işləyən qatar nümayiş olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ