Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 10:00
Türkiyənin Antalya şəhərində narkotik maddənin zərərlərindən bəhs edilən filimdəki hadisə həyatda rellaşıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, "Koptum bu hayattan" adlı filmdə narkotik maddə qəbulundan həyatını itirən Ayhan Akgün eyni səbəbdən ölü tapılıb.
Onunla əlaqə saxlaya bilmədikdən sonra evinə gedən dostları orada Akgünün meyitini tapıblar. Məlum olub ki, o bir həftə əvvəl həddindən artıq dozada narkotik qəbulundan həyatını itirib.
Filmdə narkotik maddə istifadəçisi rolunu ifa edən gənc ssenariyə uyğun olaraq vida məktubu yazdıqdan sonra narkotik maddə səbəbindən ölür. A.Akgünün filmdəki rola oxşar şəkildə həyatını itirməsi həmkarlarını çox məyus edib.
Filmin rejissoru və baş rol ifaçısı Nihat Arslan bildirib ki, pandemiyadan əvvəl çəkilən filmdə narkotikin zərərlərinə diqqət çəkilib. Filmin nümayişi pandemiya səbəbindən təxirə salınıb, nümayiş olunmadan A.Akgün həyatını itirib.