Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 11:50
Avroviziya müsabiqəsinin seçim turu üçün Polşaya yollanan Nigar Camal və Eldar Qasımovun başına iş gəlib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, hava şəraitinin pisləşməsi və güclü küləyin başlaması onların işinə maneə törədib. Bu barədə Nigar İnstaqramda yazıb:
"Varşavada dəhşətli külək var, dağıdır aləmi. Deyirlər ki, uçuşlar ləğv olunacaq. Bizə dedilər küçəyə də çıxmaq olmaz. Heyif deyil mədəni, mərifətli Bakı küləyi".
Qeyd edək ki, Polşanın milli seçim turu "Tu bije serce Europy" bu axşam keçiriləcək.
Gecədə Eldar və Nigarla yanaşı tanınmış digər Avroviziya simaları Viki Qabor, Sara Ceyms, Rafal, Yustina Steçkovska, Blu Kafi, Kaşya Moş da iştirak edəcək.