Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal istiləşmənin müsbət tərəfləri: Yaz daha erkən gələcək

Qlobal istiləşmənin müsbət tərəfləri: Yaz daha erkən gələcək

Tarix: 19 Fevral 2022 14:06

Amerikalı alimlər sübut ediblər ki, qlobal istiləşmə qışı qısalda bilər.

Onlar şimal ölkələrinin ağaclarında ilk yarpaqların daha tez görünməsini il ərzində yağışlı günlərin sayının azalması ilə əlaqələndiriblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə, hər on ildən bir yaz bir-iki gün daha tez gələcək.

Əvvəllər alimlər yazın yalnız temperaturun artması səbəbindən daha tez gəldiyini düşünürdülərsə, indi məlum oldu ki, yağışlı günlərin sayının azalması da bu işə öz töhfəsini verir.

Alimlər iddia edirdilər ki, yağışlı günlərdə adətən səma buludlu olur. Buna görə də bitkilər daha az günəş işığı alır və yarpaq gec böyüyür. Belə günlərin azalması isə əks effekt verir.


Etiketlər:  Qlobal istiləşmənin müsbət tərəfləri daha erkən gələcək


RƏYLƏR