Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 20:50
Peyğəmbərimiz bir cəmiyyət içərisinə daxil olanda izzət və incəlik əsəri olan halla oturardı. Bütün əshab Onun bu örnəkləri böyük diqqətlə izləyərdi. Bir şey söylərkən diqqət və nəzakətlə onu dinləyərdilər.
Səhabə, Rəsulullah Əfəndimiz yerində olsun ya da olmasın bir insanın sözü bitməmiş sözünü kəsməzdi. Bəzı kasıb bədəvilər, dərdlərini bölmək üçün gələr və məclis ədəbini pozardılar. Peyğəmbərimiz (s.a.v.) onların sözünü kəsmədən sonuna qədər dinləyər və sözlərinin sonunda onların anlayacaqları şəkildə xəbərdarlıq edərdi.
Daim məclisdəki söhbətə qoşular, insanlar nədən söhbət edərlsə o mövzuda danışardı.
Söhbət zamanı mövzu əsasən din, əxlaq və insanların günlük həyatın da köməkçi olan əsas biliklərdən olardı.
Rəsulullahın Salamlaşmaq Mövzusunda Davranışı
Quranda salamlaşmağın vacibliyi belə vurğulanır.
"Biri ilə salamla salamlaşdığınız zaman, siz ondan daha gözəl şəkildə salam verin ya da eyni olaraq qarşılıq verin. Şübhəsiz, Allah hər şeyin hesabını tam olaraq edəndir. (Nisa Surəsi, 86)
Ayətdən də aydın olduğu kimi salam verildiyi zaman eyni şəkildə hətta daha gözəl şəkildə qarşılıq vermək möminlər üzərində bir məsuliyyətdir. Peyğəmbərimiz bu mövzuda belə buyurur: "İslamda ən xeyirli olan şey, yemək yedirmək və tanıdığına, tanımadığına alam verməkdir. Buxari)
Digər bir hədisdə: "Üç şeyi kim bir yerə gətirərsə, imanı da toplamış olar: Nəfsinə qarşı olsa da insafı əldən buraxmamaq, hər kəsə salam vermək, kasıb olduğu ahlda sədəqə verməkdir."(Buxari)
Hər kəsə salam vermək təvazökarlıq göstəricisidir. Çünki salam verən insan salam verdiyi insana təkəbbürlük etmədiyini göstərir, salamı alan insan isə Quranda buyurulduğu kimi daha gözəl şəkildə qarşılıq verərsə təvazökarlıq göstərmiş olur.
Peyğəmbərimiz bir evin qapısına gələndə düz qapıya doğru üzünü tutmaz, qapının sağ və ya sol tərəfinə çəkilər və iki dəfə "əssalamu aleykum" deyərdi. (Əbu Davud) Beləliklə içəridəkilərin özlərinə və evi qaydaya salmaqlarına kömək edərdi. Salam verdikdən sonra evin içinə dəvət edilməmiş daxil olmazdı.
Özünə çatdırılması üçün göndərilən salamları "aleykum salam" qarşılığını verərək alar və orada olmayan insanlara yaxınları vasitəsiylə salam göndərərdi. (Müslim)
Hz. Muhammədin (s.a.v.) digər bir sünnəti, salamın sonuna "və bərəkətuhu" əlavə etməyi idi. Salamı üç kərə təkrarlayardı. Beləliklə salamı her kəsin eşitməyinə və qarşılıq verməyinə şərait yaradardı.
Biri ilə qarşılaşanda mütləq salamı özü verər və salam alanda isə yüksək səslə və qarşısındakının eşidəcəyi bir səs tonu ilə alardı.
Rəsulullah buyurur: "Aranızda salamı yayın. Yemək yedirin. Qohumları ziyarət edin. İnsanlar yatanda namaz qılın, salamatlıqla cənnətə girin. Tirmizi)
"Sizdən biriniz məscidə girəndə və ayrılanda salam versin. Bu salamların biri o birindən fərqli deyildir. (Tirmizi)
"Heyvan üstündə olan yeriyənə, yeriyən oturana, az çoxa, kiçik böyüyə salam versin." (Buxari)