Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Altsheymer xəstəliyinin 10 risk faktoru

Altsheymer xəstəliyinin 10 risk faktoru

Tarix: 19 Fevral 2022 21:30

Alimlər hesab edir ki, insanlar 10 risk amilini həyatlarından kənarlaşdırmaqla Altsheymer xəstəliyinin baş verməsinin qarşısını ala bilərlər.

Vesti.ru xəbər verir ki, aparılan geniş tədqiqatlar nəticəsində elm adamları bir insanın dəyişə biləcəyi 104 amili müəyyənləşdiriblər. Bunlardan 10-u tədqiqatçılar tərəfindən "güclü A səviyyəli dəlillərə" sahib hesab edilib.

Qeyd edək ki, Altsheymer xəstəliyinə tutulmaların əsas səbəbi genetikanın, həyat tərzinin və yaşın mürəkkəb birləşməsi ilə əlaqədardır. Bununla birlikdə, hansı ekoloji amillərin riskləri daha da artırdığını anlamaq xəstəliyin qarşısını almağın açarıdır. Beynəlxalq tədqiqatçılar qrupu tərəfindən aparılan yeni araşdırma bu günə qədər həmin mövzuda ən böyük metaanalizidir.

Altsheymer xəstəliyinə səbəb olan və dəyişdirilməsi mümkün 10 yüksək risk faktoru aşağıdakılardır:

- gənc yaşda təhsilin aşağı səviyyəsi;

- yaşlı yaşda aşağı idrak fəallığı;

- yaşlı yaşda yüksək bədən kütləsi indeksi;

- hiperhomosisteinemiya;

- depressiya;

- stres;

- diabet;

- baş nahiyəsinin zədələnməsi;

- yuxarı yaşda yüksək təzyiq;

- ortostatik hipertenziya.

Yüksək bədən kütləsi indeksi, şəkərli diabet və stres kimi risk faktorları keçmişdə aparılan məqsədyönlü tədqiqatlarda qəti şəkildə təsdiqlənib və buna görə də, mütəxəssislər üçün təəccüblü deyil.

Alimlər beyini sağlam saxlamaq üçün fiziki və zehni olaraq aktiv olmağı, sağlam, balanslı pəhriz saxlamağı, siqaret çəkməməyi, yalnız tövsiyə edilən həddə içməyi, eyni zamanda çəki, xolesterol və qan təzyiqini nəzarətdə saxlamağı tövsiyə edirlər.


Etiketlər:  Altsheymer xəstəliyinin risk faktoru


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ