Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə yoluxanlar karantində qalmayacaq

Bu ölkədə yoluxanlar karantində qalmayacaq

Tarix: 20 Fevral 2022 11:54

Böyük Britaniyada koronavirusa görə tətbiq olunan özünü təcrid qanunları növbəti həftədən ləğv ediləcək.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sabahdan etibarən Krallıqda COVID-19-a görə tətbiq olunan məhdudiyyətlərin bəziləri qaldırılacaq.

Baş nazir Boris Consonun "COVID-19 ilə yaşamaq strategiyası"na əsasən, virusa yoluxanlar artıq karantində qalmayacaqlar.

Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlansa da, Baş nazir fevralın sonuna qədər məhdudiyyətləri ləğv etməyə qərar verib.

Fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq.

Milli.Az


Etiketlər:  ölkədə yoluxanlar karantində qalmayacaq


RƏYLƏR