Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yumşaq və hamar cildə sahib olun

Yumşaq və hamar cildə sahib olun

Tarix: 20 Fevral 2022 17:15

Dəriniz quru, kobud görünüşə sahibdirsə, oxumağa davam edin.

Sonxeber.net Axşam.az-a istinadən ev şəraitində dərini daha yumşaq, hamar görünüş bəxş edəcək sirləri təqdim edir.

1. Pilinq

Həftəlik olaraq pilinq edərək dərinizi ölü hüceyrələrdən təmizləyin. Cildi yeniləmək ona daha təravətli görünüş bəxş edəcəkdir. Bu proses məsamələrdəki bütün kirləri, yağları aradan qaldıraraq dərinin nəfəs almasına imkan verəcək. Əgər həssas cildə sahibsinizsə, bu prosedura həftədə iki dəfə həyata keçirin.

Pilinq üçün qəhvəyi şəkər və bal-şəkər qarışığı kimi vasitələrdən istifadə edə bilərsiniz. Üzünüzü yuyarkən fırçadan istifadə etməkdə kifayətdir.  

2. Dərini təmizləmək

Gündə ən azı bir dəfə təmizləmək yumşaq dəri əldə etməyin ən yaxşı yollarından biridir. Bunun üçün sabun, gel kimi vasitələrdən istifadə kifayətdir.

3. Nəmləndirici istifadə etmək

Yaşınıza uyğun nəmləndiricilərdən istifadə vacibdir. Duşdan sonra və ya yatmazdan əvvəl hər gün tətbiq etməyə çalışın. 

4. Yatmazdan əvvəl baxım

Yatmazdan əvvəl mütləq makiyajınızı silin. Mütləq sonda su ilə yuyun. Bu gecə boyunca dərinin nəfəs almasına imkan yaradacaqdır.


Etiketlər:  Yumşaq hamar cildə sahib olun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ