Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Tarix: 21 Fevral 2022 09:18

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən xəbərə görə, rayon sakini Z.Təhməzovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ