Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 20:02
"Qol vurmaq üçün imkanlarımız var idi. Amma həqiqəti söyləməliyik, yaxşı oyun keçirmədik".
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri "Marsel"in yarımmüdafiəçisi Matteo Qenduzi Fransa Liqa1-nin XXV turunda "Klermon"a 0:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Ulduz futbolçu artıq Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a Bakıda qarşı keçirəcəkləri cavab görüşünə hazırlaşmalı olduqlarını söyləyib:
"Klermon"un bura oynamaq üçün gəldiyini gördük. Çox şansları yox idi, amma qapı qarşısında təsirli idilər. Bu məğlubiyyətə baxmayaraq, işimizə köklənməliyik. İlk olaraq "Qarabağ"ı üstələyib mərhələ adlamalı, ardından "Trua" səfərinə hazırlaşmalıyıq".
Qeyd edək ki, "Qarabağ" - "Marsel" oyunu fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Bu komandalar arasında Fransada baş tutan görüşdə rəqib 3:1 hesablı qələbə qazanıb.