Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun yüngül formasını müalicə edən 2 SADƏ VASİTƏ

Koronavirusun yüngül formasını müalicə edən 2 SADƏ VASİTƏ

Tarix: 22 Fevral 2022 07:03

Böyük Britaniyanın London Kral Kolecinin mütəxəssisi doktor Natali MakDermott bildirib ki, müşahidələrə görə 10 insandan 8-i koronavirusu yüngül formada keçirir.

Saglamolun.az xarici KİV-lərə istinadla oxucularına həkimin koronavirusun yüngül formasının müalicəsi ilə bağlı tövsiyələrini təqdim edir.

"Burada (kovidin yüngül forması zamanı - red.) əsas simptomlar - qızdırma və öskürəkdir. Zəiflik, baş və boğaz ağrısı kimi simptomlar da mükündür, lakin olmaya da bilər. Qızıdırma və ümumi zəiflik immun sisteminin infeksiyaya olan reaksiyasıdır. İmmun sistemi infeksiya ilə mübarizə aparmaq üçün xüsusi maddələri - sitokinləri ifraz etməyə başlayır  ki, bu proses qızdırma və bədəndə ağrılarla müşayiət olunur.

Covid-19 quru öskürəkdən başlayır, daha sonra öskürək nəm olur, qatı bəlğəm ifraz olunmağa başlayır.

Koronavirusun bu mərhələsi təxminən 1 həftə davam edir və əksər hallarda xəstənin sağalması ilə nəticələnir.

Koronavirusun belə yüngül gedişatı zamanı heç bir xüsusi tibbi yardım və dərmanlar tələb olunmur. Bu simptomları yalnız bol maye və parasetamol müalicə edir" - həkim bildirib.

Milli.Az


Etiketlər:  Koronavirusun yüngül formasını müalicə edən SADƏ VASİTƏ


RƏYLƏR