Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Onları həyatımdan sildim" - MakSim

Tarix: 22 Fevral 2022 11:15

Rusiyalı müğənni MakSim "Пятый" kanalına müsahibəsində yaxınlarının xəyanəti ilə üzləşdiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən il koronavirusa yoluxan və xəstəliyi ağır keçdiyi üçün xəstəxanada müalicə alan ifaçı çevrəsində olan insanların bundan istifadə etdiyini etiraf edib.

O, bildirib ki, bəzi yaxınları sənədlərini yenidən qeydiyyatdan keçirməyə tələsib və hətta sənətçinin imzalarını saxtalaşdırıblar:

"Onlar 15-20 ildir yanımda olan, çox güvəndiyim insanlardır. Etiraf etməliyəm ki, özümə gələndə təmasda olduğum insanların 90%-ni həyatımdan sildim".

MakSim əlavə edib ki, xəstəlikdən sağalması ləng gedir. O, yenidən oxumaq üçün vokal dərslər alır:

"Ağciyərlərim çətinliklə bərpa olur. Bundan başqa uça bilmərəm".

Qeyd edək ki, koronavirusa yoluxan müğənni 2 aya yaxın komada qalıb.

Milli.Az


Etiketlər:  Onları həyatımdan sildim MakSim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ