Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 09:38
ABŞ Dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla fevralın 24-nə planlaşdırılan görüşü ləğv edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Blinken Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə görüşdə bildirib.
O qeyd edib ki, artıq Ukraynaya başlayan işğal kontekstində bunun mənası yoxdur:
"İndi bu görüşdən irəli getməyin mənası yoxdur. Müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdim, hamısı razılaşdı".
Blinken ötən gün Lavrova məktub göndərərək qərarla bağlı məlumat verdiyini deyib.