Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 22:56
İspaniyanın "Seviliya" klubunun baş məşqçisi Xulen Lopeteqi Xorvatiyanın "Dinamo" komandasının azərbaycanlı üzvü Mahir Emreli barədə danışıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, X.Lopeteqi bu barədə Avropa Liqasının 1/16 final mərhələsində "Dinamo" ilə cavab görüşündən əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, qarşılaşacaqları rəqibin potensialına bələddir:
"Onlar Emreli ilə müqavilə imzalayıblar. Onu "Qarabağ"da olan vaxtlardan tanıyırıq. Rəqib nə dərəcədə ciddi komanda olduğunu ilk matçda göstərib. Sabah daha da çətin olacaq".
Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə 1:3 hesabı ilə uduzub. Növbəti görüş fevralın 24-də Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.