Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 08:52
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Rusiya lideri Vladimir Putinin qəbul etdiyi qərarla Ukraynanın şərqindəki qondarma rejimləri tanımasını beynəlxalq nizamın dəyişdirilməsi kimi qiymətləndirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, yerli televiziya kanalının canlı yayımında aparıcının Rusiya ilə Ukrayna arasındakı gərginlik barədə suala cavabında Ukraynanı dəstəklədiklərini açıqlayıb.
"Ukrayna çətin günlər yaşayır. Dost ölkə olan Ukraynada, həqiqətən, çox çətin vəziyyətdir. Qardaş millətə dəstəyimizi təkrarlamaq və Ukrayna ilə həmrəyliyimizi ifadə etmək istəyirəm.
Təbii ki, yaşananlar qətiyyən qəbuledilməzdir. Rusiyanın Ukrayna torpaqlarını müstəqil varlıqlar olaraq tanıması qəbuledilməzdir, hüquqaziddir və dünyadakı beynəlxalq nizamı dəyişdirir", - baş nazir qeud edib.
Qaribaşvilinin sözlərinə görə, Moskvada Ukrayna haqqında verilən qərar bütün Qərb dünyası üçün təhdid təşkil edir:
"Həqiqət budur ki, rus hökuməti sadəcə müstəqil və ərazi olaraq Avropanın ən böyük dövləti olan Ukraynaya deyil, eyni zamanda, açıq demək lazımdırsa, NATO da daxil olmaqla, bütün Qərbi çox ciddi meydan oxuma ilə qarşı-qarşıya gətirdi".