Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sərdar nə məni, nə Xloeni sevirdi''

''Sərdar nə məni, nə Xloeni sevirdi''

Tarix: 24 Fevral 2022 09:44

Türkiyəli müğənni Sərdar Ortaçın keçmiş sevgilisi Seçil Gür aparıcı Gökhan Kalaycıoğlunun proqramında qonaq olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Seçil illərdir musiqi ilə məşğul olmasına baxmayaraq adının Sərdarla tanınmasının xoş olmadığını vurğulayıb:

"Öz adıma deyirəm, bu mənliyimi sındırır. İlk dəfə bir məşhurla münasibətdə oldum. Çox çətin imiş, əvəzini ödədim. Serdar maqazinlə çox iç-içə yaşayan biridir. Tanınmış çox dostum var. Amma heç biri Sərdar qədər media olan yerdə gəzmir".

O, Sərdarın sevməyi bacarmadığını da əlavə edib:

"Məni onun sağlamlığından başqa heç nə maraqlandırmırdı. Onu sevdiyim üçün bir il yarım yanında oldum. Sevmədiyim şəxsin yanında bir saniyə belə dayanmaram. Sərdarın kimisə sevdiyini düşünmürəm. O, nə Xloeni (red. - S.Ortacın keçmiş həyat yoldaşı, model Xloe Luqnan), nə məni, nə bir başqasını, nə də özünü sevdiyini düşünürəm".


Etiketlər:  Sərdar məni Xloeni sevirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ