Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya hərbçiləri Kiyevdən 40 km məsafədəki Antonov hava limanını ələ keçirdi - CNN

Rusiya hərbçiləri Kiyevdən 40 km məsafədəki Antonov hava limanını ələ keçirdi - CNN

Tarix: 24 Fevral 2022 18:57

Rusiya hava-desant qüvvələri Kiyevdən 25 mil (40 km) məsafədə yerləşən Antonov hava limanına nəzarəti ələ keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, CNN-nin məlumatına görə, rusiyalı hərbçilər səhər saatlarında helikopterlərlə əraziyə enərək əlavə qoşunların da gəlməsi üçün hava körpüsü yaradıblar.

CNN müxbirinin məlumatına görə, əsgərlərin uniformalarının qollarında Rusiya hərbçiləri olduqlarını göstərən narıncı və qara lent olub.

Ukrayna hərbi qüvvələrinin aeroporta nəzarəti qaytarmaq üçün əks-hücum həyata keçirdiyi bildirilib.

Hava limanına hərbi təyyarənin də endiyi, müxtəlif obyektlərdən tüstü qalxdığı qeyd olunub.

Milli.Az


Etiketlər:  Rusiya hərbçiləri Kiyevdən 40 km məsafədəki Antonov hava limanını ələ keçirdi CNN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ