Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün əsas körpülər partladılıb

Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün əsas körpülər partladılıb

Tarix: 25 Fevral 2022 16:50

Rusiya Silahlı Qüvvələrinin tanklarının Ukraynanın paytaxtı Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, partladılan körpülər Kiyevin cənub-şərq girişində yerləşir.

Belə ki, Ukrayna hərbçiləri Varşavskaya şossesi boyunca Hostomeldəki körpünü, həmçinin Novoirpenskaya şosesindəki körpünü və Demidovda İrpen çayı üzərindəki körpünü partladıblar.

Məlumata görə, Ukrayna tərəfi Kiyev yaxınlığındakı aerodromlara 7 təyyarə desant endirildiyi və onların tanklarla paytaxta tərəf irəliləyəcəyi barədə məlumat alıblar.

Bu səbəbdən də tankları irəliləməsinin qarşısının alınması üçün əsas körpülər partladılıb.


Etiketlər:  Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün əsas körpülər partladılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ