Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 23:36
Rusiyanın Birinci kanalı İvan Urqantın "Gecə şousu"nun cümə buraxılışını yayımdan çıxarıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
"Gecə şousu"nun yerinə "Böyük oyun" siyasi verilişi yayımlanıb. Bildirilir ki, bu dəyişiklik "mühüm ictimai-siyasi hadisələrlə bağlıdır".
Qeyd edək ki, İvan Urqantın şousunun dayandırılmasının aparıcının sosial şəbəkələrdə Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı çıxması ilə bağlı paylaşımlarına görə olduğu deyilir. Bundan başqa, verilişin ssenaristi Aleksandr Qudkov da sosial şəbəkələrdə müharibəni fəal şəkildə tənqid edir.
İvan Urqantın kanaldakı fəaliyyəti isə davam edir.