Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

D vitamini və koronavirus - Azərbaycanlı həkimdən TÖVSİYƏLƏR

D vitamini və koronavirus - Azərbaycanlı həkimdən  TÖVSİYƏLƏR

Tarix: 26 Fevral 2022 07:12

"Hazırda Azərbaycanda yaşayan əksər nsanlarda vitamin D səviyyəsi aşağıdır. Dünyada isə belə qəbul edilib ki, ümumi insanların 42%-i vitamin D çatışmazlığına məruz qalır. Bədənimizə lazım olan vitamin D-nin əsas hissəsi Günəş şüaları vasitəsi ilə dəridəki xolesteroldan əmələ gəlir".

Medicina.az xəbər verir ki, tanınmış həkim, bir müddət koronavirus xəstəxanasında çalışmış Şahin Məmmədov bildirib ki, günəş işığı və heyvani qidalar vitamin D aşağı olan insanlar üçün yaxşı mənbə sayılır:

"Digər kiçik hissəsini isə biz bəzi bitkilərdən (vitamin D2) və heyvani qidalardan (vitamin D3) alırıq. Günəş şüası da xolesterolu D3-ə çevirir, bu proses bir neçə mərhələdən keçir. D3 qanda vitamin D səviyyəsini 2 dəfə daha sürətli qaldırır. Vitamin D-nin əsas funksiyası qanda Ca və fosforun miqdarını normal saxlamaqdan ibarətdir. Vitamin D olmasa, nə qədər ağartı yesəniz də, Kalsium bağırsaqlardan sorulmaz. Ca isə sümüklər, immun sistemi, qan laxtalanması, ürək ritmi və s. üçün çox vacib mineral və elektrolitdir. Vitamin D çatışmazlığının ürək xəstəliklərinə, zəif immunitetə, multipl skleroza və bəzi xərçənglərə səbəb olması tam sübut edilib".

Bəs bizə hansı dozada D vitamini lazımdır?

"Bəzi mənbələr göstərir ki, gündəlik tələbat 400-800 TV-dir (10-20 mq), son tədqiqatlar bu dozanın çox az olmasını göstərir. Çünki qanda vitamin D-nin hədəf miqdarı 33 ng/ml ya 84 mmol/l götürülməlidir. Bu səviyyədə kolorektal xərçəng ehtimalının 50%, ürək xəstəliyinin isə 10% azalmasını tədqiqatlar sübut edib.

Qanda vitamin D-nin bu səviyyəyəsinə çatmaq üçün gündə 1000 TV vitamin D qəbulu insanların 50%-i üçün yetərli olub. 2000 TV isə bu səviyyə üçün insanların 100%-nə kifayət doza olub. Amma gündəlik 4000 TV-dən çox qəbul etmək olmaz.

COVID-19 pandemiyası ilə əlaqədar böyüklərə gündəlik 1500-2000 TV vitamin D qəbul etməyi tövsiyə edirəm. Çünki vitamin D çatışmazlığı ilə koronavirus pnevmoniyasının ağır keçməsi arasında əlaqə artıq sübut edilib".


Etiketlər:  vitamini koronavirus Azərbaycanlı həkimdən TÖVSİYƏLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ