Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ETSN: Qubada ayının hücum etdiyi ərazi nəzarətə götürülüb

ETSN: Qubada ayının hücum etdiyi ərazi nəzarətə götürülüb

Tarix: 6 Sentyabr 2019 20:04

Bakı. Trend:

Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ETSN Qubada ayının hücum etdiyi ərazi nəzarətə götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ