Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 21:48
Rusiya ordusunun Ukraynaya hücumunu "işğal və müharibə elanı" kimi qələmə verən bir sıra KİV-lərə onların girişinin məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq edilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyi ("Roskomnadzor") açıqlama yayıb.
Bildirilib ki, "Exo Moskvı", "İnoSMİ", "Mediazona", "New Times", "Dojd", "Svobodnaya Pressa", "Krım.Realii", "Novaya Gazeta", "Jurnalist" və "Lenizdat" kimi xəbər mənbələrinə giriş məhdudiyyəti xəbərdarlıq edilib.
Bəyanatda qeyd edilib ki, adıçəkilən mənbələr etibarlı xəbər adı altında Ukrayna şəhərlərinin bombalanması və Rusiya ordusunun hərəkətləri nəticəsində dinc əhalinin həlak olması, eləcə də davam edən əməliyyat barədə ictimaiyyətə yalan məlumatlar çatdırır.
Həmçinin əlavə edilib ki, sözügedən xəbər mənbələrində yer alan yanlış məlumatların silinməməsi təqdirdə, onların giriş məhdudlaşdırılacaq. Həmin media qurumlarına qarşı inzibatı araşdırma başladılıb.