Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədə-bağırsaq xəstəliklərinin təbii dərmanı ƏZGİL

Mədə-bağırsaq xəstəliklərinin təbii dərmanı ƏZGİL

Tarix: 27 Fevral 2022 08:54

Əzgil kimyəvi tərkibə görə almaya bənzəyir, çox faydalı meyvədir.

Saglamolun.az bildirir ki, onun tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var.

Əzgil mədə-bağırsaq sisteminin həkimidir. Kalı ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə qəbizlikdən azad edir, bağırsaqları çox yaxşı təmizləyir. O, pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri (toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) xaric edir. Bu meyvəni uzun müddət ərzində qəbul edən insan orqanizmi əsaslı şəkildə təmizləyə bilər.


Etiketlər:  Mədə bağırsaq xəstəliklərinin təbii dərmanı ƏZGİL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ