Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 10:14
Ukrayna əsilli amerikalı aktrisa Milla Yovoviç Rusiyanın Ukraynaya qarşı başlatdığı mübaribəyə emosional tərzdə reaksiya verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məşhur aktrisa "Instagram" hesabında Ukraynada baş verənlərin onu necə narahat etməsindən bəhs edib.
"Vətənim Ukraynada bu həftə baş verən hadisələri anlamağa çalışarkən ürəyim parçalanır və heyərət gəlirəm. Mənim ölkəmi və xalqımı bombalayırlar. Dostlarım və ailələri gizlənir. Mənim köklərim Rusiyadan olduğu kimi həm də Ukraynadandır. Baş verən dəhşəti, ölkənin dağılmasını, kül olmuş dağıntılarla əhatə olunmuş ailələrin köçürülməsini seyr edərkən ürəyim parçalanır", - deyə o bildirib.
Xatırladaq ki, Milla Yovoviç 1975-ci ildə Kiyevdə anadan olub. 1980-ci ildə o valideynləri ilə birlikdə Londona, daha sonra isə ABŞ-a köçüb. Onun anası Qalina Loqinova Ukraynada, atası Boqdan Yovoviç isə Monteneqroda böyüyüb.