Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 22:36
Limfademopatiya - artıq orqanizmdə təhlükəli vəziyyət yarana biləcəyini göstərən siqnaldır. Yerləşdiyi nahiyədən asılı olaraq hansı sistem və orqanda problem olmasını bilmək olar. Əgər tənəffüs sistemində infeksiya, iltihab varsa, boyun, boğaz limfa düyünləri şişir. Osteomiletdə diz limfa düyünləri böyüyür.
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, bu barədə uzman-terapevt Çinarə Səfərova məlumat verib.
Həkimin sözlərinə görə, orqanizmə infeksiya düşdükdə, iltihabi proses kəskinləşdikdə yaxınlıqda olan limfa düyünləri daha çox müdafiə hüceyrələri sintez edir ki, bu da düyünlərin böyüməsinə səbəb olur. İnfeksiya bədəndə var gücü ilə yayılmağa başlayanda limfa düyünlər onu özündə tutub saxlayır. Orqanizmdə infeksiyalaşma nə qədər yüksəkdirsə, limfa düyünü bir o qədər yüklənir. Düyünün ölçüsü 5-6 sm-ə kimi böyüyür.
"Əgər bu mərhələdə heç bir tədbir görülməzsə, ikincili xəstəlik olaraq limfa düyünlərinin iltihabı və irinləməsi olan Limfadenit başlayır", - deyə həkim əlavə edib.