Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürəyi möhkəmləndirir, qaraciyəri təmizləyir.. Qara kişmişin sağlamlığımız üçün FAYDALARI

Ürəyi möhkəmləndirir, qaraciyəri təmizləyir.. Qara kişmişin sağlamlığımız üçün FAYDALARI

Tarix: 27 Fevral 2022 23:27

Qurudulmuş üzüm kimi istifadə edilən kişmiş orqanizm üçün çox xeyirlidir. Ondan istifadə bir sıra sağlamlıq problemlərini qaydaya salır. Qara kişmişin müalicəvi təsiri ağ üzümdə olduğundan çoxdur.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfa damarlarını, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmişdən istifadə etmək qaraciyəri təmizləyir, qan azlığı zamanı kömək edir. Onun tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr var. Yuxu pozğunluğunu aradan qaldıran kişmiş sinirləri gücləndirmək və oynaq ağrılarını azaltmaqda mühüm əhəmiyyət daşıyır.

Halsızlıq və gücsüzlük zamanı bir ovuc kişmiş yemək enerjini bərpa edir.

Maqnezium və kalium kimi bir çox əhəmiyyətli minerallarla zəngin olan kişmiş orqanizmdəki turşuluğu azaltmaq xüsusiyyətinə malikdir.

Həmçinin mütəmadi olaraq quru meyvəni yemək saç tökülməsi, dəri xəstəlikləri və oynaq ağrısı ilə mübarizə aparmaq üçün ən yaxşı vasitədir.


Etiketlər:  Ürəyi möhkəmləndirir qaraciyəri təmizləyir Qara kişmişin sağlamlığımız üçün FAYDALARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ