Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 00:45
Xalq artisti Zülfiyyə Xanbabayeva Kiyev metrosunda sığınan və körpəsini orada dünyaya gətirən ana ilə bağlı paylaşım edib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi körpənin fotosunu İnstaqram hesabında izləyiciləri ilə bölüşərək bunları yazıb:
"Ana hər zaman anadır. Qəlbində sonsuz sevgi, qayğı və mərhəmət bəsləyən ana! Hər kəs dünyaya anaların gözü ilə baxsaydı, dünyada müharibələr baş verməzdi. Allah Ukrayna xalqını qorusun".
Qeyd edək ki, fevralın 26-da sığınacaqda dünyaya gələn körpənin və anasının səhhəti normaldır.