Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 19:32
Ukraynanın məşhur boksçuları Vasili Lomaçenko və Aleksandr Usik Rusiyaya qarşı müharibədə ölkəsinin müdafiəsinə qalxıblar.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu barədə onların fotoları sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Vasili Lomaçenko 2006-cı il gənclər arasında Dünya çempionu, 2009 və 2010-cu illərdə ikiqat Dünya çempionu, 2008 və 2012-ci illərdə isə Olimpiya çempionu olub. Aleksandr Usik isə 2012-ci ildə Olimpiya çempionu, 2011-ci ildə Dünya çempionu, 2008-ci ildə Avropa çempionu, həvəskarlar arasında dəfələrlə Ukrayna çempionu olmuşdur. Usik həmçinin Ukraynanın əməkdar idman ustasıdır.