Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsrin Cavadzadə 1,5 milyon qazandı

Nəsrin Cavadzadə 1,5 milyon qazandı

Tarix: 1 Mart 2022 09:10

Hazırda "Üç kuruş" serialında "Bahar" obrazına həyat verən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə şirniyyat markalarından birinin siması seçilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktrisa yeni reklam çəkilişindən 1,5 milyon lirə (təxminən 181 min manat) məvacib qazanıb. Videoçarx yaxın zamanda izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, Nəsrinin rol aldığı serial bazar ertəsi "Show" telekanalında yayımlanır. Onun tərəf müqabili isə Uraz Kayqılaroğludur.

Milli.Az


Etiketlər:  Nəsrin Cavadzadə milyon qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ