Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 13:05
ARB TV-nin "O Üz" verilişinin növbəti buraxılışı müğənni Aynur Dadaşovanın bacısı Günel Dadaşovaya həsr olunub.
Aynur Dadaşoa mərhum bacısı Günelin ölüm anından danışıb göz yaşı tökdü:
"Mənə dedi ki, gedək pəncərənin önünüdə söhbət edək. Sənə sual verəcəm, amma düzgün cavab ver, məni aldatma, çünki youtubda hər şeyə baxmışam dedi. Ardınca sualını verdi ki, ölüm necə olur? Dedim sənin qəbrin evindir. Sol tərəfə baxdı. Gözündən yaş süzüldü, amma məndən gizlətdi. Xahiş etdi ki, stolunu qibləyə çevirim. Əyləşdi, günəşin şüası məni vursun dedi. Oktyabr ayı idi, günəş şüası ona vururdu, dedi ki, nə gözəl istidir, gözlərini yumdu. Nə bilərdim ki, səhər sübh vaxti dünyasını dəyişəcək. Belə halları çox olurdu. Dəyişirdi sonra təkrar düzəlirdi. O heç vaxt ədyalnan yatmazdı, ürəyi çox sıxılırdı. Divanda yatmışdı mən də yanında əyləşmişdim. Qalın yorğana bürünmüşdü. Leylanı çağırıb soruşdum ki, anan həmişə belə yatır? Dedi, yox. Düşündüm ki, bəlkə ona soyuqdur, üşüdür. Ayaqlarına baxanda gördüm ki, soyuqdan göyərib, buz kimi idi. Feni gətirib ayaqlarını isidəndə ayıdlı ki, nə edirsən? Dedim, bacı, ayaqların çox soyuqdur. Bəlkə də Allah elə elədi ki, sübh vaxtı rəhmətə getsin. Səhər 5 radələrində azan vaxtı dünyasını dəyişdi".