Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 17:18
"Uşağa ad valideynlərin razılığı əsasında verilir".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin Xətai Rayon qeydiyyat şöbəsinin rəisi Leyla Süleymanova "Adın, ata adının, soyadın dəyişdirilməsi" mövzusunda onlayn brifinqdə deyib.
O bildirib ki, hazırda uşaqlara daha çox dini adlar qoyulur: "Oğlan uşaqlarına daha çox Əli, Yusif, Məhəmməd adları, qız uşaqlarına isə Məryəm, Fatimə, Zəhra adları qoyulur".
Şöbə rəisi vurğulayıb ki, adların qoyulmasına icazə verilməyən hallar qanunvericilikdə öz əskini tapıb.