Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden-Zelenski danışıqları xüsusi telefonla aparılır

Bayden-Zelenski danışıqları xüsusi telefonla aparılır

Tarix: 2 Mart 2022 07:32

ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı təhlükəsiz peyk telefonu ilə aparılır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN-ə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib. Qeyd olunub ki, ABŞ telefonu Volodimir Zelenskiyə ötən ay çatdırıb. ABŞ həmin telefon vasitəsi ilə Ukrayna Prezidenti ilə müntəzəm əlaqə saxlayır.

CNN-in məlumatına görə daha əvvəl iki ölkənin rəsmiləri arasında təhlükəsiz kommunikasiya Kiyevdəki ABŞ səfirliyi vasitəsi ilə mümkün olub.

Təhlükəsiz mobil telefon V. Zelenskiyə ABŞ-la daimi əlaqə imkanı verir.

ABŞ bənzər peyk telefonunundan Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya da verib.

Məlumatda qeyd olunub ki, Zelenski ölkədə qalmaq niyyətində olduğunu açıqlayıb və hazırda Kiyevdə təhlükəsizliyi xüsusi qaydada qorunan bir neçə lokasiyada yerdəyişmə edərək fəaliyyətini davam etdirir.

Milli.Az


Etiketlər:  Bayden Zelenski danışıqları xüsusi telefonla aparılır


RƏYLƏR