Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan - Gürcüstan matçının hakimləri açıqlandı

Azərbaycan - Gürcüstan matçının hakimləri açıqlandı

Tarix: 7 Sentyabr 2019 14:36

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin evdə Gürcüstan yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.

Qol.az-ın məlumatına görə, qarşılaşma Lüksemburqdan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Laurent Koprivaya yan xətt hakimləri Klod Ris və David Mateus Santos köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleks Kryureq yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 10-da "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv senytabrın 6-da Slovakiyanı məğlub edib - 2:1.

 


Etiketlər:  Azərbaycan Gürcüstan matçının hakimləri açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ