Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 08:18
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun itkilərini açıqlayıb.
O, bu barədə xalqa müraciətində danışıb.
Dövlət başçısı bildirib ki, ötən bir həftədə Ukraynaya hücum edən Rusiya 9 min hərbçisini itirib:
"Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürülüb. Hər bir işğalçı bilməlidir ki, ukraynalılardan sərt cavab alacaqlar. Bizim özümüzdən əl çəkməyəcəyimizi əbədi xatırlasınlar. Biz bir həftədə düşmənin planlarını pozan insanlarıq. İllərlə hazırladıqları planları pozduq. Mən çılpaq əlləri ilə çölə çıxan və işğalçıları şəhərlərindən qovub çıxaran ukraynalılara ürəkdən heyranam. Biz onları rüsvayçılıqla qovacağıq. Bunlar dövlət döyüşçüləri deyil. Bunlar istifadə edilmiş itirilmiş uşaqlardır. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular".