Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 13:00
12:58
Vahan Xaçatryan Ermənistanın prezidenti seçilib.
"Report" xəbər verir ki, ikinci cəhddə parlament beşinci dövlət başçısını seçə bilib.
Hakim "Mülki müqavilə"dən olan namizədin lehinə 71 deputat səs verib.
-------
10:40
Ermənistan parlamenti ölkənin yeni prezidentini seçə bilməyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hakim "Vətəndaş Müqaviləsi" partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan cəmi 69 səs toplayıb ki, bu da lazım olan minimum səs sayından (81) az olub.
Müxalif "Şərəfim var" və "Hayastan" fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər.
Konstitusiyaya görə, prezident seçkilərinin ikinci və üçüncü turlarının keçirilməsi mümkündür və bu zaman seçilmək üçün müvafiq olaraq 65 və 54 səs lazımdır.
Parlamentin sədri Hakob Arşakyan səsvermənin ikinci turunun bu gün keçiriləcəyini bildirib.