Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 11:38
Moskvada koronavirus pandemiyası ilə bağlı kütləvi əyləncə, idman, muzey və teatrlara tətbiq edilən "QR kod" tələbi ləğv edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda bildirib.
O, məhdudiyyətlərin bir hissəsinin ləğvini virusa yoluxanların sayının azalması və epidemioloji vəziyyətin nəzarətə alınması ilə əlaqələndirib.
Mer həmçinin, yaşı 60-dan yuxarı olan Moskva sakinlərinin ev rejimində olmaları barədə qaydaların daha məcburi olmadığını qeyd edib.