Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2019 18:00
Bakı. Elnur Bağışov - Trend:
İranın cənub-şərqində yerləşən Kirman vilayətində avtomobil sənayesinə lazım olan likvidlik gələn bir ay ərzində əlavə edilməzsə, 10 mindən çox işçi işsiz qala bilər.
Trend-in məlumatına görə, bunu İranın Kirman Motor Şirkətinin icra direktoru Saman Firuzi deyib.
S.Firuzinin sözlərinə görə, bu, vilayətin avtomobil sənayesinin öz fəaliyyətini dayandırmasına gətirib çıxaracaq.
İcra direktoru əlavə edib ki, bununla əlaqədar İranın Mərkəzi Bankı da məlumatlandırılıb:
“Ötən illərdə avtomobilqayırma şirkətlərinin likvidliyinin 30-50%-i bazar təmin edirdi. Son bir il ərzində bazardakı durğunluq və devalvasiya nəticəsində istehsalın ehtiyac duyduğu likvidlik 25 dəfə artıb. Likvidlik əlavə olunmadığı halda heç bir bank və ya maliyyə müəssisəsi bu qədər likvidliyi təmin edə bilməz. Ötən bir il ərzində avtomobil istehsalçıları bir tərəfdən avtomobili ziyanla satıblar.
Qeyd edək ki, İranda bir sıra avtomobil yedək hissələri idxal edilir. Ötən il İranda baş verən devalvasiya nəticəsində avtomobillərin qiyməti bir neçə dəfə bahalaşıb. Bahalaşma ilə yanaşı, İranın avtomobil bazarında böyük durğunluq yaranıb.
Ötən ildə İranda 1 ABŞ dolları 35 min rialdan 220 min rialadək bahalaşıb. Hazırda 1 dolların qiyməti 112-115 min rial arasında dəyişir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin