Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 01:50
Adanada əri Osman Efeoğullarını bıçaqlayaraq öldürən Öznur Gülten məhkəmədə müdafiə çıxışında "Bir qadının özünü müdafiə üçün qətl törətməsini cinayət hesab etmək olmaz" ifadələrini işlədib. Həyatını itirən şəxsin atası Ziya Efeoğulları isə "gəlinimdən şikayətçi deyiləm" deməklə hər kəsi şoka salıb.
Sonxeber.net haberler.com-a istinadən qətlin təfərrüatını təqdim edir. Belə ki, axşam saatlarında evd içkili gələn Osman ilə həyat yoldaşı Öznur arasında mübahisə sonradan davaya çevrilib. Davada Osman Efeoğulları həyat yoldaşını döyərək bıçaqla ona hücum etməyə çalışıb.
Bu sırada yerə düşən bıçağı götürən Öznur əlbəyaxa davada ərini bıçaqlayıb. 4 uşaq anası Öznur Gülten Efeoğulları həbs edilib.
Öznur Gülten müdafiə çıxışında bildirib ki, evli olduğu 47 il ərzində davamlı olaraq əri tərəfindən şiddətə məruz qalıb. 4 övladı üçün bu işgəncəli həyata dözdüyünü ifadə edən Efeoğulları "İllərdir həddindən artıq içki içən, qumar oynayan, pis vərdişləri olan bir adamla yaşadım. Ayrılmaq istəyəndə başıma silah dayadı və "Öldürərəm səni" dedi. Övladlarımı belə bir adamın əlində qoya bilməzdim" deyib.
Anar Əli