Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 03:38
Rusiya qoşunları Çerniqovun mərkəzində yaşayış binalarına hücumu davam edir.
Bununla bağlı Çerniqov Vilayət Dövlət Administrasiyasının sədri Vyaçeslav Çaus məlumat verib.
Onun sözlərinə görə, martın 3-də səhər saatlarında Rusiya qoşunları şəhərin mərkəzindəki yaşayış bölgəsinə raket zərbəsi endirib.
Xilasedicilər hadisə yerindədir. Həlak olanlar və yaralananlar barədə məlumat dəqiqləşdirilir.
Çaus yaxınlıqda heç bir hərbi obyektin olmadığını vurğulayıb:
"Yaxınlıqda ancaq xəstəxana, bir neçə məktəb, uşaq bağçası və çoxmərtəbəli yaşayış binaları var".
Mərminin yaşayış binasına düşmə anı qeydə alınıb.