Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı qaçqınlar Aİ-də üç il yaşamaq hüququ qazanıblar

Ukraynalı qaçqınlar Aİ-də üç il yaşamaq hüququ qazanıblar

Tarix: 4 Mart 2022 08:06

Ukraynalı qaçqınlar fövqəladə vəziyyət planına uyğun olaraq üç ilə qədər Avropa İttifaqında (Aİ) yaşamaq və işləmək hüququ əldə edəcəklər.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiyanın bir həftə əvvəl hərbi əməliyyatlara başlamasından bəri Ukraynada demək olar ki, 875 min insan evlərini tərk edib.

Belə ki, onların yarıdan çoxu (454 min nəfər) Polşaya, 116 min nəfəri Macarıstana, 67 min nəfəri Slovakiyaya, 45 min nəfəri Rumıniyaya, 79 min nəfəri isə Aİ-yə daxil olmayan Moldovaya gedib.

Aİ Ukrayna vətəndaşlarına və ölkə sakinlərinə uzun sığınacaq prosedurlarından keçmədən dərhal bir ilədək yaşamaq, işləmək, tibbi xidmət almaq, mənzil almaq və təhsil almaq hüququnun verilməsini nəzərdə tutur.

"Münaqişə uzun müddət davam edərsə və ya qaçqınlar təhlükəsiz qayıda bilməsə, bu status daha iki il uzadıla bilər. Ukrayna vətəndaşları artıq Aİ-yə 90 günlük vizasız giriş imkanına malikdirlər, lakin Aİ qanunvericiliyində bu misli görünməmiş dəyişiklik həmin müddətdən sonra onların statusuna zəmanət verir", - Ukrayna DİN-in məlumatında qeyd edilib.


Etiketlər:  Ukraynalı qaçqınlar üç yaşamaq hüququ qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ