Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 08:40
ABŞ Prezidenti Co Bayden Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına hücumundan sonra Volodimir Zelenskiyə zəng edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
"Prezident Bayden Prezident Zelenskiyə qoşularaq Rusiyanı bölgədə hərbi əməliyyatları dayandırmağa və yanğınsöndürənlərlə xilasedicilərin obyektə daxil olmasına icazə verməyə çağırıb", - deyə məlumatda bildirilir.
Həmçinin bu söhbətdən sonra Bayden stansiyadakı vəziyyət barədə məlumat almaq üçün Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının administratoru və nüvə təhlükəsizliyi nazirinin müavini ilə danışıb. Bu danışıqların detalları barədə məlumat verilmir.