Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyaca məşhur müğənnini məhkəməyə verdilər

Dünyaca məşhur müğənnini məhkəməyə verdilər

Tarix: 4 Mart 2022 14:05

Dünyaca məşhur müğənni Dua Lipa plagiat etməkdə ittiham olunur. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, ifaçını "Artikal Sound System" musiqi qrupu məhkəməyə verib. 

Onlar iddia edib ki, Duanın "Levitating" mahnısı qrupun 2017-ci ildə təqdim etdiyi "Live your life"a çox bənzəyir.

Los-Anceles məhkəməsinə müraciət edən qrup bu mahnının original olmadığını, müğənninin plagiat etdiyini bildirib.

Bununla yanaşı, onlar ifaçının şirkəti "Warner Record"u da ittiham edib. 

Həmçinin, qrup üzvləri Lipanın sözügedən mahnısından gəlir də tələb ediblər.


Etiketlər:  Dünyaca məşhur müğənnini məhkəməyə verdilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ